Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri İŞDƏN ÇIXARILDI

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub.

Dogrusoztv.az “Report”a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

O, əvvəllər Bakıda DOST Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev martın 16-da Naxçıvana gedib. O, bu gün C.Cəlilovu Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivinə təqdim edəcək.

Loading

Next Post

Türkiyədə sel nəticəsində ölənlərin sayı artdı

Türkiyənin zəlzələdən zərər görmüş Şanlıurfa bölgəsində sel nəticəsində ölənlərin sayı artıb. Ölənlərin sayı 15-ə çatıb. İtkin düşən beş nəfərin axtarışları davam edir.