“mygov”la bağlı təqdim edilən videoçarx izlənmə rekordu qırdı

Oxunma vaxtı:36 Saniyə

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunan “mygov” platformasının yeni videoçarxı sosial şəbəkələrdə qısa müddətdə böyük maraqla qarşılanıb.

Videoçarx cəmi üç gün ərzində 4 milyondan çox baxış toplayaraq izlənmə rekordu qırıb.

“mygov ilə sənədlərim hər zaman üstümdədir” yeni çarxın əsas mesajıdır.

 Videoçarxda vətəndaşların gündəlik həyatında qarşılaşdıqları müxtəlif situasiyalar fonunda rəqəmsal sənədlərin üstünlükləri nümayiş olunur.

Bildirilir ki, artıq sənədləri fiziki formada daşımağa, kağız toplusuna və ya uzun növbələrdə gözləməyə ehtiyac yoxdur. Əsas dövlət sənədləri və xidmətləri bir neçə kliklə əlçatandır.

Çarx vasitəsilə “mygov” platformasının təqdim etdiyi imkanlar, sənədlərə operativ çıxış, təhlükəsiz saxlanma və sürətli təqdimetmə ön plana çəkilir.

Rəqəmsal həllər sayəsində vətəndaşlar vaxt itkisinin qarşısını alır, proseslər isə daha çevik və rahat şəkildə həyata keçirilir.(Qafqazinfo)

Loading

Next Post

Yaz Azərbaycana bu tarixdə daxil olacaq

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 18:45:53-ə təsadüf edəcək. Bu barədə BDU-nun Fizika fakültəsi məlumat yayıb. Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz, […]