Yaz Azərbaycana bu tarixdə daxil olacaq

Oxunma vaxtı:22 Saniyə

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 18:45:53-ə təsadüf edəcək.

Bu barədə BDU-nun Fizika fakültəsi məlumat yayıb.

Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.

Loading

Next Post

Vaşinqton və Tehran savaşla saziş astanasında – iki həftəliyə təxirə salınan müharibə - ŞƏRH

ABŞ İrana möhlət verib. Prezident Donald Tramp “Sülh Şurası”nın ilk iclasında bildirib ki, dünya yaxın 10 gündə İranla bağlı baş verənlərdən xəbər tutacaq. O əlavə edib ki, Tehran nüvə məsələsində sövdələşməyə razılıq verməzsə, çox pis hadisələr olacaq.Belə qeyri-müəyyənlik qlobal miqyasda bir sıra baxımdan narahatlıq yaradıb. Çünki İranla region dövlətləri arasında […]