Prezident İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin Prezidentini təbrik edib

Oxunma vaxtı:33 Saniyə

Prezident İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti cənab Tomas Baxa təbrik məktubu ünvanlayıb.

Doğrusöztv.Az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Bax,

Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir və ən xoş arzularımı yetirirəm.

Keçirilmiş səsvermədə inamlı qələbəniz bütün Olimpiya ailəsi tərəfindən Sizə olan etimadın bariz göstəricisi, Olimpiya hərəkatının inkişafı, idmanın təşviqi sahəsində xidmətlərinizə verilən yüksək qiymətdir.

Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycan ilə Beynəlxalq Olimpiya Komitəsi arasında əməkdaşlıq yüksək səviyyədədir və biz bu əməkdaşlığın daha da genişlənməsinə mühüm əhəmiyyət veririk. Əminəm ki, Olimpiya ideallarının təntənəsi naminə tərəfdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə daim müvəffəqiyyətlər arzulayıram”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Slovakiya post-münaqişə dövründə Azərbaycanı dəstəkləməyə hazırdır - Nazir

Slovakiya post-münaqişə dövründə Azərbaycanı dəstəkləməyə hazırdır. Doğrusöğztv.Az-ın məlumatına görə, bunu Slovakiyanın Xarici və Avropa İşləri naziri İvan Korçok xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Slovakiya Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş üçtərəfli razılaşmanı dəstəkləyir. Nazir bildirib ki, onun ölkəsi Azərbaycanla müxtəlif sahələrdə ikitərəfli […]