Əlcəzair Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib

Oxunma vaxtı:34 Saniyə

Əlcəzair Prezidenti Abdelmacid Tebbun İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Zati-aliləri, Əziz Qardaşım.

Müqəddəs Ramazan bayramı münasibətilə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaşxalqınıza daha böyük tərəqqi və rifah arzulayıram. Uca Allahdan bu bayramı bizə və bütün İslam ümmətinə əmin-amanlıq, xeyir və bərəkət ilə
yenidən nəsib etməsini diləyirəm.

Bu əlamətdar bayram münasibətilə qardaş xalqlarımızın mənafeyinə uyğun olaraq ölkələrimiz arasındakı qardaşlıq əlaqələrini gücləndirmək, İslam ümmətimizin rifah və sabitlik şəraitində tərəqqisinə töhfə vermək öhdəliyinə sadiqliyimizi bir daha ifadə etmək istəyirəm. Zati-aliləri, Əziz Qardaşım, ən yüksək ehtiramımı və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.

Loading

Next Post

Prezident İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında martın 31-də telefon danışığı olub.Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Məsud Pezeşkian müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, ən xoş arzularını çatdırıb. Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirərək, öz […]