Prezident İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub

Oxunma vaxtı:30 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında martın 31-də telefon danışığı olub.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Məsud Pezeşkian müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, ən xoş arzularını çatdırıb.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində İran Prezidentini və xalqını bayram münasibətilə təbrik edib.

Məsud Pezeşkian təbriklərə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Telefon danışığı əsnasında ölkələrimiz arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin dinamikasından məmnunluq ifadə olunub, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, iqtisadi, ticarət, nəqliyyat, enerji və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Loading

Next Post

Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri dostluq stelasını açıblar

Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri Şavkat Mirziyoyev, Emoməli Rəhmon və Sadır Japarov üç ölkənin dövlət sərhədlərinin qovşağında yerləşən Dostluq stelasının açılış mərasimində iştirak ediblər.Mərasim martın 31-də Xucənddə təşkil olunmuş yüksək səviyyəli tədbirlər çərçivəsində baş tutub. Üç ölkənin baş nazirinin müavinləri videokonfrans vasitəsilə dövlət başçılarına tikinti işlərinin başa çatması və obyektin […]