Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi keçirilib (FOTO/VİDEO)

Oxunma vaxtı:48 Saniyə

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən komanda-qərargah təlimi keçirilib.

Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, komanda-qərargah bildirilibomanda-qərargah təlimində Naxçıvan Qarnizonu Qoşunları müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib, birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyətin tapşırıqları operativ yerinə yetirməsi məşq etdirilib.

Təlimin sonuncu mərhələsində birləşmə və hissələrin fəaliyyəti, qərarların və hesablamaların reallığı Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzindəki kompüterlər vasitəsilə qiymətləndirilib. Komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbul edib yuxarı qərargaha məruzə etməsi, tabelikdə olanlara çatdırması, döyüşün təşkili üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə kompüterlər üzərində məşqlər keçirilib.

Təlimin yekununda icra edilmiş fəaliyyətlərin təhlili aparılan zaman qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib, təlimə cəlb olunan birləşmə və hissələrin komandir və qərargahlarının fəaliyyətləri Qarnizonun koordinasiya qrupu tərəfindən qiymətləndirilərək aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində verilmiş tapşırıqlar birləşmə və hissə komandirləri ilə dəqiqləşdirilib.

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi keçirilib (FOTO/VİDEO) - Gallery Image

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Nazir Rəşad Nəbiyev İKT şirkətlərinin nümayəndələri ilə görüş keçirib (FOTO)

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev İKT şirkətlərinin nümayəndələri ilə görüş keçirib Doğrusöztv.Az bildirir ki, Nazirlikdən verilən məlumata görə, Rəşad Nəbiyev Azərbaycanın İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) sektorunda təmsil olunan böyük şirkətlərin nümayəndələri ilə görüşüb. Görüşün keçirilməsində məqsəd ölkəmizin İKT sferasındakı müasir tendensiyaların müzakirəsi, rəqəmsal inkişafa səbəb olan şəraitin yaradılması […]