Azərbaycanda ən varlı bələdiyyələr – SİYAHI

Oxunma vaxtı:27 Saniyə

Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov illik büdcə gəliri 1 milyon manatdan çox olan bələdiyyələrin ilk “5-lik”ində hanıs yerli özünü idarəetmə orqanlarının olduğuna aydınlıq gətirib.

Onun bildirdiyinə görə, Bakıdakı bələdiyyələr arasında büdcə gəliri 1 milyon manatı ötən beş bələdiyyə var. Bunlar  Xətai, Nərimanov, Yasamal, Nəsimi və Səbail bələdiyyələridir.

2023-cü ilin nəticələrinə görə, bu bələdiyyələrin büdcə gəliri 1 milyon manatdan çoxdur. Onlar həm də ölkədə ən varlı bələdiyyələr hesab olunur.

Ölkə üzrə ən varlı bələdiyyə büdcəsi 2 milyon manatlıq həddi keçən Xətai bələdiyyəsidir.
 

Loading

Next Post

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verilib

Azərbaycan Prezidenti İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sənəddə deyilir ki, Bakı şəhəri Qaradağ rayonunun və Salyan rayonunun inzibati ərazilərində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu Sərəncama əlavə olunan Azərbaycan […]