İsrail ordusu Qəzzada HAMAS-ın yüksək rütbəli kəşfiyyat komandirini öldürüb

Oxunma vaxtı:16 Saniyə

HAMAS-ın Xan Yunis briqadasının kəşfiyyat komandiri Məhəmməd Əbu Saleh dünən Qəzzada İsrail ordusunun əməliyyatı nəticəsində öldürülüb.

Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

“Məhəmməd Əbu Saleh dəqiq zərbə nəticəsində öldürülüb. Hücumdan əvvəl mülki şəxslərə dəyən ziyanın minimallaşdırılması üçün tədbirlər görülüb”, – məlumatda qeyd olunub.

Məhəmməd Əbu Salehin 7 oktyabr hücumlarında iştirak etdiyi vurğulanıb.

Loading

Next Post

Azərbaycan və Bolqarıstanın hərbi polislərinin əməkdaşlığı müzakirə olunub

Azərbaycan hərbi polisinin nümayəndə heyətinin Bolqarıstana səfəri çərçivəsində hər iki ölkənin hərbi polislərinin əməkdaşlığı müzakirə olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyinin Hərbi Polis İdarəsinin bir qrup nümayəndə heyəti Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfər edib. Səfər çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini […]