Bağdadda aviazərbə nəticəsində bir nəfər ölüb

Oxunma vaxtı:30 Saniyə

İraqın paytaxtı Bağdadda aviazərbə nəticəsində yaşayış binası dağılıb, nəticədə bir nəfər həlak olub.

Bu barədə “Associated Press” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bundan başqa, Bağdadın Karrada rayonuna endirilən zərbə nəticəsində iki nəfər yaralanıb.

Zərbə ABŞ-nin Bağdaddakı səfirliyinin ərazisinə raket hücumundan əvvəl endirilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Loading

Next Post

ƏƏSMN-in balansında olan ipotekaya yararlı mənzillər satışa çıxarılıb

Bazar qiymətindən xeyli aşağı, yeni, təmirli, ipotekaya yararlı mənzillər satışa çıxarılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Məlumata görə, ƏƏSMN-in sosial layihəsi çərçivəsində kv. metri bazar qiymətindən xeyli aşağı olmaqla, 435-830 manat aralığında yeni mənzillərin satışı davam edir. Bildirilib ki, Bakının Ümid qəsəbəsində, Abşeron və Samux […]