Dünya Bankı: “Ukraynanın bərpası üçün 411 milyard dollar lazımdır”

alfonsonri
Oxunma vaxtı:22 Saniyə

Müharibədən sonra Ukrayna iqtisadiyyatının bərpası 411 milyard dollara başa gələcək ki, bu da ölkə üzrə 2022-ci ildə gözlənilən ÜDM-dən 2,6 dəfə çoxdur.

Bu barədə Dünya Bankının yeni araşdırmasında məlumat verilib.

Məbləğ keçən ilin sentyabrında açıqlanan 349 milyard dollarlıq proqnozla müqayisədə kəskin artıb.

Dünya Bankının məlumatına görə, ən böyük proporsional artım enerji sektorunda baş verib. Burada zərər 2022-ci ilin iyun ayı səviyyəsindən beş dəfədən çox olub.

Mənbə: minfin.com.ua

Loading

Next Post

Gizlicə ABŞ-a aparılan 12 tarixi əsər Türkiyəyə qaytarılır

ABŞ-da ələ keçirilən Anadoluya aid 12 tarixi əsər məhkəmə qərarı ilə Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğuna təhvil verilib. Uzun müddət davam edən sınaqlar nəticəsində əsərlər Nyu-Yorkdakı baş konsul Reyhan Özgür və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin rəsmilərinin iştirak etdiyi Manhetten Rayon Prokurorluğunda təşkil olunan mərasimdə geri qaytarılıb. Baş konsul R.Özgür mərasimdəki […]