ƏƏSMN-in balansında olan ipotekaya yararlı mənzillər satışa çıxarılıb

Oxunma vaxtı:54 Saniyə

Bazar qiymətindən xeyli aşağı, yeni, təmirli, ipotekaya yararlı mənzillər satışa çıxarılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumata görə, ƏƏSMN-in sosial layihəsi çərçivəsində kv. metri bazar qiymətindən xeyli aşağı olmaqla, 435-830 manat aralığında yeni mənzillərin satışı davam edir.

Bildirilib ki, Bakının Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış komplekslərində olan bu mənzillərin hər biri 3 və 4 otaqlıdır, tam təmirlidir və istifadə olunmayıb, çıxarışlıdır, ipoteka krediti ilə də almağa uyğundur.

“Mənzillərlə ms.sosial.gov.az portalında tanış ola və seçdiyiniz mənzili portaldakı “Bron et” düyməsini sıxmaqla bron edə bilərsiniz. Bir mənzili 3 şəxs bron edə bilər, ilk bron edən şəxs mənzili almasa, mənzili almaq hüququ bron etmiş digər şəxsə keçir.

Mənzili bron edərək alan şəxslə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında 10 gün müddətində alqı-satqı müqaviləsi bağlanır. Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda ala bilər. Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına yönəldilir. Əlavə məlumat üçün 142-Çağrı Mərkəzinə müraciət edə bilərsiniz”, – məlumatda deyilir.

Loading

Next Post

Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib. Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərin diqqətinə çatdırır ki, texniki cəhətdən nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda avtomobil idarə etmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydalarını pozmaq yol-nəqliyyat hadisəsi […]