Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib

Oxunma vaxtı:25 Saniyə

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərin diqqətinə çatdırır ki, texniki cəhətdən nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda avtomobil idarə etmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydalarını pozmaq yol-nəqliyyat hadisəsi riskini dəfələrlə artırır və bir çox hallarda ağır nəticələrə səbəb olur.

“Xüsusilə uzun məsafəli səfərlər zamanı sürücülərin fasilələr verməsi, avtomobilin texniki vəziyyətini əvvəlcədən yoxlaması və yol şəraitinə uyğun hərəkət etməsi vacibdir”, – qeyd olunub.

Loading

Next Post

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə Trans-Xəzər və TRIPP layihələrini müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi səfir Eduard Stiprais ilə regional layihələri müzakirə edib. Hikmət Hacıyev bununla bağlı “X” sosial media hesabında paylaşım edib. “Avropa İttifaqının Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi səfir Eduard Stiprais ilə […]