Azərbaycan-Qətər arasında hərbi-texniki sahədəki əməkdaşlıq inkişaf etdirilir

Oxunma vaxtı:25 Saniyə

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Silahlı Qüvvələrinin təşkil etdiyi 8-ci Doha Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransında (DIMDEX 2024) iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətində verilən məlumata görə, səfər çərçivəsində A.Qurbanov Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb.

Görüşdə iki qardaş ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, birgə istehsalat və yeni layihələr üzərində ətraflı fikir mübadiləsi aparılıb.

Loading

Next Post

Prezident ATV-nin rəhbəri ilə bağlı sərəncam imzaladı

Azər Nəriman oğlu Xəlilov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Azər Xəlilov Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, Azər Xəlilov Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin prezidentidir.