Qadın atraksiondan yıxılıb öldü – Xırdalan parkında dəhşət

alfonsonri
Oxunma vaxtı:28 Saniyə

Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Nuriyeva Minayə Rasim qızı iyunun 8-də saat 17 radələrində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda hündürlükdən yıxılıb.

Belə ki, 36 yaşlı qadın dairəvi hərəkət edən 5 qoşqudan ibarət, delfin şəkilli karuselin 2-ci qoşqusundan yıxılıb. O, qarının küt travması, daxili qanaxma, qapalı kəllə-beyin travması, alt çənə sınığı, sağ bazunun açıq sınığı, II və III dərəcəli travmatik şok diaqnozu ilə Respublika Klinik Xəstəxanasına daxil olub.

M.Nuriyeva dünən saat 07:40-da xəstəxanada vəfat edib.

“Qafqazinfo”

Loading

Next Post

İcra başçısı ilə birgə tutulan idarə rəisi azadlığa buraxıldı

Kürdəmir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərovla birgə məhkum edilmiş Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov azadlığa buraxılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Emin Sadıqov cəzasının 2/3 hissəsini çəkdiyi səbəbindən qalan məhkumluq müddəti şərti hesab olunub. O, cəzaçəkmə müəsisəsindən azadlığa buraxılıb. Qeyd edək ki, E. Sadıqova son olaraq 2 il […]