Ermənistan Naxçıvan istiqamətində atəş açdı: bir hərbçimiz yaralandı

Oxunma vaxtı:38 Saniyə

Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb.

Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, nəticədə hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçumuzun həyatı üçün heç bir təhlükə yoxdur.

Müdafiə Nazirliyinin rəhbərliyi yaralı əsgərin tezliklə şəfa tapmasını diləyir.

Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.

Bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan sahəsində vəziyyətin nisbi gərginləşdirilməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Ermənistan tərəfini təxribatlar törətməkdən, vəziyyətin gərginləşməsinə səbəb olacaq digər addımlardan çəkinməyə və məsuliyyətli davranmağa çağırırıq.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan Prezidenti Respublika Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün tvitterdəki hesabında 28 May – Respublika Günü ilə bağlı paylaşım edib. Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki, dövlət başçısının paylaşımında Şuşa şəhərinin fonunda üzərində Azərbaycan bayrağı və 28 May – Respublika günü sözləri yer alıb.