Ceyhun Bayramovla Pakistanın Baş naziri arasında telefon danışığı olub

Oxunma vaxtı:31 Saniyə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, nazirlər iki dost və qardaş ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bir çox istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin zəruri olduğunu vurğulayıblar.

Bununla yanaşı, iki ölkə liderləri arasında yüksək səviyyəli təmaslar, habelə Pakistan Baş nazirinin ölkəmizə sonuncu səfəri zamanı əldə olunmuş razılıqların icrası məsələləri, o cümlədən gələcək planlar müzakirə edilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Loading

Next Post

Rusiyadan Ukraynaya dron hücumu: ölənlər və yaralananlar var

Rusiya ordusu ötən gecə Ukraynaya pilotsuz təyyarələrlə hücum edib, xüsusən də Odessa vilayəti və Xarkov vurulub, itki və dağıntılar var. Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Məlumata görə, fevralın 28-i axşam saatlarında Odessa və Odessa vilayətində hava həyəcanı elan edilib. Şəhərdə partlayış səsləri eşidilib. Monitorinq kanalları bildiriblər ki, ruslar Primorsk-Axtarsk […]