Rusiya Dnepropetrovsk və Xarkov vilayətlərinə hücum edib, 8 nəfər ölüb

Oxunma vaxtı:28 Saniyə


Rusiya ordusu Ukraynanın Dnepropetrovsk və Xarkov vilayətlərinə hücum edib, nəticədə 8 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri məlumat veriblər.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, Rusiya ordusu sutka ərzində regionun üç rayonuna təxminən 30 dəfə zərbə endirib – 8 nəfər həlak olub, 11 nəfər yaralanıb.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov isə qeyd edib ki, son 24 saat ərzində Rusiya qoşunları idarəolunan aviasiya bombaları və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə Xarkova və vilayətin 14 yaşayış məntəqəsinə zərbələr endirib. Nəticədə beş nəfər xəsarət alıb.

Loading

Next Post

Sabah 31° isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında mayın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti […]