KİV: Körfəz üçlüyü Trampı İrana şans verməyə inandıra bilib

Oxunma vaxtı:18 Saniyə

Səudiyyə Ərəbistanı, Qətər və Oman ABŞ Prezidenti Donald Trampı İrana hücum etməməyə inandıra bilib.

Bu barədə AFP-yə yüksək rütbəli Səudiyyə Ərəbistanı rəsmisi bildirib.

O qeyd edib ki, “Körfəz üçlüyü uzun və həyəcanlı diplomatik səylərə rəhbərlik edib”.

Rəsminin sözlərinə görə, məqsəd Donald Trampı “İrana şans verməyə inandırmaq” olub.

Mənbə, həmçinin, əlavə edib ki, qazanılmış etimadı möhkəmləndirmək məqsədilə danışıqlar davam edir.

Loading

Next Post

Milli Məclisdə uşaq hüquqlarına dair müzakirələr keçiriləcək

Milli Məclisdə uşaq hüquqlarının müdafiəsi istiqamətində mövcud vəziyyətlə bağlı müzakirələr keçiriləcək. Bu, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsində əksini tapıb. Yaz sessiyası dövründə gender (kişi və qadınların) bərabərliyinin təmin edilməsi üzrə hüquqi bazanın təkmilləşdirilməsi […]