Sankt-Peterburq aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıb

Oxunma vaxtı:16 Saniyə

Sankt-Peterburqun “Pulkovo” aeroportunda müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Bu barədə “Rosaviasiya”nın mətbuat xidmətindən bildirilib.

“Sərnişin təyyarələrinin uçuşunun təhlükəsizliyini təmin etmək üçün bu gün 07:45-dən (Bakı vaxtı ilə 08:45) Sankt-Peterburqun “Pulkovo” aeroportunda müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Hava limanı müvəqqəti olaraq, təyyarələri qəbul etmir və uçuş həyata keçirmir”, – məlumatda qeyd olunub.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti artıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,22 ABŞ dolları və ya 0,3% artaraq 79 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 78,78 ABŞ dollarə təşkil edib.