Şuşada TDT Təhsil Nazirlərinin VIII İclası keçirilir

Oxunma vaxtı:25 Saniyə

Şuşada türkdilli dövlətlərin nazirlərinin elm və təhsil sahəsində növbəti iclasları keçirilir.

Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası və Türk Akademiyasının Elmi Şurasının VII İclasında TDT, həmçinin Türk Akademiyasına üzv və müşahidəçi dövlətlərin nümayəndə heyətləri, o cümlədən Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Özbəkistanın ali təhsil, elm və innovasiya naziri Konqratbay Şaripov, Şimali Kipr Türk Respublikasının milli təhsil naziri Nazim Çavuşoğlu, Qırğız Respublikasının səfiri Kairat Osmanaliyev, Türkiyə Respublikasının Ali Təhsil Şurasının prezidenti Erol Özvar iştirak edirlər.

Tədbirlər zamanı ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

Loading

Next Post

Yalnız bundan sonra Suriyadan ordumuzu çıxararıq - Gülər

Suriyadakı əməliyyata hazırlıq yoxdur. Çünki Türkiyə Silahlı Qüvvələri onsuz da hər zaman bölgədə əməliyyatlar aparır. Bizim 20-dən çox komando briqadamız mövcuddur. Terrorçulardan təmizlədikləri yerlərdə qalırlar. Bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər Suriya və İraqda keçirilməsi nəzərdə tutulan antiterror əməliyyatları barədə danışarkən deyib. Nazir eyni zamanda bildirib ki, Suriyada vəziyyətin […]