Moskvadan uçan təyyarələr Özbəkistan aeroportlarında eniş edə bilməyib

Oxunma vaxtı:22 Saniyə

Moskvadan uçan üç təyyarə duman səbəbindən Özbəkistanın Buxara və Termez şəhərlərində eniş edə bilməyib.

Bu barədə “Uzbekistan airports” SC-nin mətbuat xidməti məlumat yayıb.

“Buxara hava limanında əlverişsiz hava şəraiti səbəbindən Moskva-Buxara marşrutu üzrə HY9608 reysinin ekipajı Nəvaidəki ehtiyat aerodroma getmək qərarına gəlib”, – məlumatda deyilir.

Eyni marşrut üzrə AFL1876 reysi Səmərqəndə yönləndirilib.

Moskvadan Termezə hərəkət edən AZO7055 reysinin ekipajı Termez aeroportunda mürəkkəb meteoroloji şəraitlə əlaqədar eniş üçün Səmərqənddəki ehtiyat aerodromu seçib.

Loading

Next Post

Hacıqabulda zəncirvari qəzada 5 nəfər xəsarət alıb- FOTO

Hacıqabulda zəncirvari qəza olub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. “QAZel” markalı avtomobillə iki “KİA” markalı avtomobil toqquşub. Nəticədə 5 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.