Bu gündən uşaqların I sinfə qəbulu başlayır

Oxunma vaxtı:56 Saniyə

Bu gün saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Valideynlər eyni tarixdən başlayaraq məktəb və müəllim seçimini həyata keçirə biləcəklər. Seçim mərhələsi iyunun 5-i saat 11:00-dək davam edəcək. Prioritet bölgələr sırasında Abşeron, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərləri yer alır.

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə müsahibəyə qeydiyyat mayın 6-sı saat 11:00-da başlayacaq və mayın 18-i saat 18:00-dək davam edəcək.

Müsabiqə yolu ilə qəbul aparılan məktəblər üçün qeydiyyat mayın 6-sı saat 15:00-dan iyunun 5-i saat 18:00-dək açıq olacaq. Bu kateqoriyaya Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbi daxildir.

Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

Birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir.

Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi əsas hədəflərdəndir.

Loading

Next Post

UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək. Yarımfinal mərhələsinin ikinci cavab oyununda “Bavariya” Almaniyada Fransanın PSJ komandasını qəbul edəcək. Qarşılaşma “Allianz Arena”da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Oyunun baş hakimi portuqaliyalı Joau Pineyru olacaq. Parisdəki ilk görüşdə meydan sahibləri qələbə qazanıb – 5:4. Xatırladaq ki, cütün qalibi finalda İngiltərənin […]