Sabah Bakıya yağış yağacaq

Oxunma vaxtı:41 Saniyə

İyulun 25-də Azərbaycanda hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı, leysan xarakterli intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-33° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq.

Loading

Next Post

Siqaretlər üçün aksiz dərəcəsi artırıldı

Aksiz dərəcəsi ölkəyə gətirilən tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillalar üçün 1000 ədəd üçün 43 manatdan 45,5 manata qaldırılıb. Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb. Aksiz dərəcəsi tərkibində tütün olan siqaretlər tərkibində tütün əvəzləyicisi olan siqaretlər üçün […]