Paşinyandan yeni addım – Qriqoryan kilsəsinin müstəsnalığını əllərindən alır

Oxunma vaxtı:28 Saniyə

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə milli dəyərlərin yeni siyahısını dərc edib.

Paşinyanın siyahısında “Erməni Apostol Müqəddəs Kilsəsi, Erməni Katolik Kilsəsi, Erməni Yevangelist Kilsəsi” yer alıb.

“Sputnik Armenia” yazır ki, beləliklə, o, katolik və yevangelist kilsələrini erməni apostol kilsəsi ilə eyniləşdirib.

“Yeri gəlmişkən, Ermənistan Konstitusiyasının 8.1-ci maddəsində açıq şəkildə qeyd olunub ki, Ermənistan Respublikasında kilsə dövlətdən ayrılıb və Ermənistan Respublikası Erməni Apostol Müqəddəs Kilsəsinin müstəsna milli kilsə kimi erməni xalqının mənəvi həyatında, onun inkişafı məsələsində milli mədəniyyət və milli kimliyin qorunub saxlanması missiyasını tanıyır”, – deyə “Sputnik Armenia” Paşinyanın paylaşımına şərh verib.

Loading

Next Post

Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək. Bu barədə “Anadolu” məlumat yayıb. Görüş Ankaradakı Prezident iqamətgahında baş tutacaq. Qeyd edək ki, Ə.Əsədov mayın 7-də Türkiyəyə rəsmi səfərə gedib. O, bu gün Ankarada Türkiyə-Azərbaycan Biznes Forumunda iştirak edəcək. Səfər çərçivəsində Azərbaycanın Baş nazirinin Türkiyənin […]