Sumqayıtda şüşə məmulatları sexi yanıb – VİDEO

Oxunma vaxtı:32 Saniyə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən sexdə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 2500kv.m olan şüşə məmulatları istehsalı sexinin ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən sexin digər sahələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin əritmə sobası ətrafında 200kv.m. sahə yanıb.

Sexin böyük hissəsi yanğından mühafizə olunub.

Loading

Next Post

AFFA rəhbərliyi UEFA-nın Konqresində iştirak edəcək

AFFA rəhbərliyi bu gün Serbiyanın paytaxtı Belqradda keçiriləcək UEFA-nın 49-cu Konqresində iştirak edəcək.Bu barədə Milli Assosiasiyanın mətbuat xidməti məlumat yayıb. Konqresə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov qatılacaq.