Çin ordusu Tayvan yaxınlığında təlimlərə başlayıb

Oxunma vaxtı:19 Saniyə

Çin qoşunları Tayvan adası sahillərində hərbi təlimlərə başlayıb.

Bu barədə Çin Xalq Azadlıq Ordusunun Döyüş Komandanlığının Şərq zonası məlumat verib.

Komandanlığın sosial şəbəkə səhifəsində qeyd edilib ki, təlimlər cümə axşamı Pekin vaxtı ilə saat 07:45-də (Bakı vaxtı ilə saat 03:45) Tayvan boğazında, Tayvanın şimalında və cənubunda, eləcə də şərqindəki akvatoriyada başlayıb.

Təlimlər Szinmen, Matzu, Uqyu və Donyin adaları yaxınlığında aparılır.

Loading

Next Post

Avropa Liqası: "Atalanta" "Bayer"i məğlub edərək tarixində ilk dəfə kuboku qazanıb

UEFA Avropa Liqasının “Atalanta” və “Bayer” komandaları arasındakı final qarşılaşmasına başa çatıb. İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən matçda İtaliya təmsilçisi almanları 3:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə UEFA Avropa Liqasının qalibi olub. Qarşılaşmada qolları 12-ci və 26-cı və 75-ci dəqiqələrdə Ademola Lukman vurub. Bununla da “Atalanta” “Bayer”in uzun […]