“Müharibə veteranlarının müavinəti artırılmalıdır” – Deputat

Oxunma vaxtı:23 Saniyə

“Şəhid ailələri, qazilər və müharibə veteranlarına diqqəti artırmalıyıq. Bu sahədə müəyyən nöqsanlarımız var”.

Bunu “Unikal”a açıqlamasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, müharibə veteranlarına verilən müavinət azdır:

“Bu məbləğin artırılmasına ehtiyac var. Bir məsələni də nəzərə almaq lazımdır ki, hazırda Qarabağda böyük quruculuq işləri gedir. Bu işlərin görülməsinə böyük vəsait xərclənir. Bununla yanaşı, müharibə veteranlarına verilən müavinətin artırılması məsələsinə baxmağa ehtiyac var”.

Qeyd edək ki, hazırda müharibə veteranlarının aylıq təqaüdü 80 manatdır.

Loading

Next Post

Səfər Mehdiyev vətəndaşların problemlərini yerindəcə həll etdi - FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər. “Unikal” xəbər verir ki, iyulun 1-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində Qobustan və […]