Səfər Mehdiyev vətəndaşların problemlərini yerindəcə həll etdi – FOTOLAR

Oxunma vaxtı:42 Saniyə

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.

“Unikal” xəbər verir ki, iyulun 1-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib.

DGK sədri Səfər Mehdiyev qəbuldan öncə Qobustan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Qobustan və Şamaxı rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, bəzi müraciətlərin isə araşdırılması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib. 
 
Ətraflı

Səfər Mehdiyev vətəndaşların problemlərini yerindəcə həll etdi - FOTOLAR

Loading

Next Post

Vladislav Kondratyev: “Zəngəzur dəhlizi bütün Xəzəryanı ölkələr üçün maraq doğurur”

Zəngəzur dəhlizi bütün Xəzəryanı ölkələr üçün maraq doğurur. Bunu Oxu.Az-a açıqlamasında rusiyalı politoloq, “Kaspiyskiy Vestnik” informasiya-analitik portalının redaktoru Vladislav Kondratyev bildirib. O, qeyd edib ki, bu dəhliz həm də Bakı-Tbilisi-Qars marşrutuna alternativdir. “Zəngəzur dəhlizi bir az da cənuba, İranla sərhəddən və Ermənistandan keçəcək. Bu, bütün Xəzəryanı ölkələr üçün maraq doğurur. […]