Vladislav Kondratyev: “Zəngəzur dəhlizi bütün Xəzəryanı ölkələr üçün maraq doğurur”

Oxunma vaxtı:40 Saniyə

Zəngəzur dəhlizi bütün Xəzəryanı ölkələr üçün maraq doğurur.

Bunu Oxu.Az-a açıqlamasında rusiyalı politoloq, “Kaspiyskiy Vestnik” informasiya-analitik portalının redaktoru Vladislav Kondratyev bildirib.

O, qeyd edib ki, bu dəhliz həm də Bakı-Tbilisi-Qars marşrutuna alternativdir.

“Zəngəzur dəhlizi bir az da cənuba, İranla sərhəddən və Ermənistandan keçəcək. Bu, bütün Xəzəryanı ölkələr üçün maraq doğurur. Qazaxıstan və Türkmənistan öz məhsullarının tədarükünü diversifikasiya etmək imkanı əldə edəcəklər. Daşınmalar təkcə Gürcüstandan deyil, həm də Zəngəzur dəhlizi ilə həyata keçəcək. Logistik marşrutlar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Rəqabət həmişə inkişafa təkan verir. Bu dəhlizdən, yeri gəlmişkən, Azərbaycan və Ermənistanla aktiv ticarət aparan İran da istifadə edə bilər”, – deyə o, bəyan edib.

Həmçinin, Kondratyev qeyd edib ki, Rusiya üçün də bu dəhliz mühüm əhəmiyyət daşıyır. Belə ki, hazırda ölkənin qərb sərhədlərində logistika imkanları xeyli mürəkkəbləşib.

Loading

Next Post

Prezident İlham Əliyev “Təmiz Şəhər” ASC ilə bağlı Fərman verdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Bu barədə AZƏRTAC məlumat yayıb.  Sənəddə qeyd olunur:  “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında tullantıların […]