Allahşükür Paşazadə Romaya səfər edəcək

Oxunma vaxtı:33 Saniyə

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə martın 8-də İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcək.

Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Romada 9 mart tarixində iftar süfrəsi təşkil olunacaq.

“QMİ sədri Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiyaların başçılarının iştirak edəcəkləri iftar süfrəsində zati-müqəddəsləri Papa XIV Leo həzrətlərini Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Pyetro Parolin təmsil edəcək. Romadakı St. Regis Hoteldə keçiriləcək və İtaliyada, Müqəddəs Taxt-Tacda akkreditə olunmuş çoxsaylı diplomatik nümayəndəliklərin, dövlət, din, ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi iftar süfrəsi Azərbaycanın dünya miqyasında dinlərarası dialoq və əməkdaşlıq işinə real töhfəsi olacaq”, – qeyd olunub.

Loading

Next Post

İranın "boğaz ağrı"sı: Hörmüzün bloklanmasının qlobal fəsadları - TƏHLİL

ABŞ, İsrail və İran arasında davam edən hərbi qarşıdurma son onilliklərdə Yaxın Şərq regionunda müşahidə olunan ən ciddi geosiyasi böhranlardan biri kimi qiymətləndirilir. Münaqişənin getdikcə dərinləşməsi dünya iqtisadiyyatına, əsasən enerji bazarlarına və beynəlxalq dəniz nəqliyyatına əhəmiyyətli dərəcədə təsir göstərməkdədir. Böhranın əsas mərkəzi Fars körfəzini Hind okeanı ilə əlaqələndirən və strateji […]