Sabah ölkə ərazisində 34 dərəcə isti olacaq

Oxunma vaxtı:33 Saniyə

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bölgələrdə isə 34 dərəcə isti olacağı gözlənilir.

 Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

“Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq”, – məlumatda qeyd olunub.

Loading

Next Post

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb. “Report”un məlumatına görə, idmançı bu dəfə 400 metr məsafəyə qaçışda gümüş mükafat əldə edib. O, finiş xəttini 55,09 saniyəyə keçib. Qeyd edək ki, Lamiyə Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda qızıl medal əldə etmişdi.