“Pasiyentlərə ehtiyacdan artıq dərman yazılır”

alfonsonri
Oxunma vaxtı:22 Saniyə

“Dərmanların ticarət adının yazılması bir çox problemlərə yol açır. Elə həkimlər var ki, şəxsi maraqlar üçün firma dərmanlarını pasiyentlərə gərəksiz yerə çox yazır”.

Bu fikirləri səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin Səhiyyə komitəsinin iclasında bildirib.

O vurğulayıb ki, “elektron resept”in tətbiqi bir çox neqativ halların qarşısını alacaq: “”Elektron resept”in proqram təminatının 95 %-i hazırdır. İlk olaraq Bakı və bir neçə regionu sistemə qoşub bundan sonra ucqar kəndlərdə də bu tətbiqin istifadəsində israrlıyıq”.

Loading

Next Post

Prezidentdən 6,4 milyon manatlıq - Sərəncam

Prezident İlham Əliyev Zərdab rayonunun Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 […]