Prezidentdən 6,4 milyon manatlıq – Sərəncam

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

Prezident İlham Əliyev Zərdab rayonunun Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Loading

Next Post

Beyləqanda qazi İNTİHAR ETDİ

Vətən müharibəsi qazisi İlkin İsmayılov intihar edib. “Unikal”ın əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İ. İsmayılov Beyləqan rayonu Kəbirli kəndində yaşadığı evin yardımçı tikilisində özünü asaraq canına qəsd edib. Onun cansız bədənini anası aşkarlayıb. Qeyd edək ki, İlkin İsmayılov ailəli idi, 3 övladı var. Faktla bağlı araşdırma aparılır.