Növbəti çevik xilasetmə qüvvələrimiz Türkiyəyə çatdı – YENİLƏNİB (FOTOLAR)

alfonsonri
Oxunma vaxtı:38 Saniyə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin növbəti çevik xilasetmə qüvvələri qardaş ölkəyə çatıb.

Bu barədə FHN-dən məlumat verilib.

Çevik xilasetmə qüvvələri yaxın saatlarda axtarış-xilasetmə əməliyyatlarına başlayacaq.

***

10:16

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.

Qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir.

Axtarış-xilasetmə əməliyyatları üçün qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb

Loading

Next Post

İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Konvensiyasını təsdiqlədi

Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanunu imzalayıb. Konvensiya 1981-ci il iyunun 3-də Cenevrə şəhərində qəbul edilib.