İğdırda ağır qəza: Naxçıvandan olan 5 nəfər yaralanıb

Oxunma vaxtı:16 Saniyə

Türkiyənin İğdır vilayətində ağır avtoqəza olub.

“Report”un yerli bürosu xəbər verir ki, İğdır-Aralıq magistralının Daşburun kəndi yaxınlığında səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi zamanı 68-CA-524 qeydiyyat nişanlı “Mitsubishi” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı Naxçıvandan olan 1-i ağır olmaqla 5 nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Loading

Next Post

Özbəkistan Prezidentinin Azərbaycana səfəri planlaşdırılır

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri planlaşdırılır. Prezident bu barədə İlham Əliyevə təbrik məktubunda bildirib. “Əminəm ki, yaxın gələcəkdə bənzəri olmayan Azərbaycan diyarına reallaşacaq səfərimiz və açıq, səmərəli dialoqlarımız qarşılıqlı faydalı və uzunmüddətli münasibətlərimizi keyfiyyət və məzmun baxımından yeni mərhələyə çatdıracaq”, – məktubda qeyd olunub.