Elektrik enerjisi ilə bağlı bazar operatoru yaradılacaq

Oxunma vaxtı:25 Saniyə

Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Koordinasiya Şurasının və alt işçi qrupları yaradılacaq.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Energetika Nazirliyi İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi, “Azərenerji” ASC, “Azərişıq” ASC ilə birlikdə 2024-cü il 1 iyul -1 noyabr tarixlərində Koordinasiya Şurasının və alt işçi qrupların yaradılmasını və Koordinasiya

Şurası və alt işçi qrupları tərəfindən elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı işlərin aparılmasını təmin etməlidir.

Loading

Next Post

Paşinyan Qazaxla sərhəddə görüş keçirib

Ermənistan Baş naziri Nikol Paşinyanın Qazaxla sərhəddə yerləşən Bağanis kəndinin sakinləri ilə görüşü yekunlaşıb. Bu barədə Ermənistan Teleqram kanalları məlumat yayıb. Ermənistan Baş naziri Bağanis kəndinin sakinləri ilə görüşdən sonra Voskepara gedib.