İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq

Oxunma vaxtı:28 Saniyə

İspaniya Azərbaycan və Ermənistan arasında imzalanmış sazişlərin hər iki ölkənin və bütövlükdə regionun rifahı naminə əməkdaşlığın, qarşılıqlı anlaşmanın və inkişafın yeni mərhələsini açacağına ümid edir.

Bu barədə İspaniya Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir.

“İspaniya Prezident Əliyev və Baş nazir Paşinyan arasında ABŞ-nin iştirakı ilə Ağ Evdə əldə olunmuş razılaşmaları alqışlayır və hesab edir ki, bu, onilliklər ərzində davam edən münaqişədən sonra Ermənistan və Azərbaycan arasında yekun sülh əldə edilməsi və münasibətlərin tam normallaşması istiqamətində həlledici addım olacaq”, – bəyanatda qeyd olunub.

Vurğulanır ki, İspaniya Cənubi Qafqazda sülh və sabitliyin olmasına sadiqdir.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

13 thoughts on “İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq

Comments are closed.

Next Post

Zəngilanda yanğın törədən şəxs müəyyən edilib

Avqustun 10-da Zəngilan şəhəri ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub. Hadisə nəticəsində 5 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb. Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində məsuliyyət […]