Peter Siyarto: “Nüvə energetikası artan enerji tələbatını ödəmək üçün vacibdir”

Oxunma vaxtı:39 Saniyə

Nüvə energetikası dövlətlərin gələcəkdə elektrik enerjisinə artan tələbatını ödəyə biləcəyinə əmin olması üçün vacibdir.

Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bu gün işə başlamış Bakı Enerji Forumunun açılışında bildirib.

“Söhbət enerji təchizatından gedirsə, bizim ümumi məqsədimiz siyasi müzakirələrdən uzaqlaşmaq olmalıdır”, – o vurğulayıb.

Nazir həmçinin deyib ki, Avropa şaxələndirməyə böyük önəm verir: “Problem ondadır ki, şaxələndirmə ilə bağlı fərqli fikirlər var. Bizim fikrimiz budur ki, bizim daha çox mənbəmiz var. Biz isə mövcud olanları başqaları ilə əvəz etməyi nəzərdə tutan fikirlərlə razılaşmırıq. Şaxələndirmə mənbələrin sayını artırmaq deməkdir. Məhz buna görə də biz Avropa İttifaqından Cənub-Şərqi Avropada boru kəmərləri şəbəkəsinin gücünü artırmağı xahiş etmişik ki, Azərbaycan, Qətər və Türkiyədən daha çox qaz ala bilək. Bu ölkələrlə ya artıq müqavilələrimiz var, ya da müqavilələr hazırlanır”.

Loading

Next Post

ABŞ-nin Livandakı Səfirliyi atəşə tutuldu, yaralanan var

ABŞ-nin Livandakı Səfirliyinin binası naməlum şəxs tərəfindən atəşə tutulub. Bu barədə məlumatı Livanın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən TASS yayıb.  Məlumata görə, insident zamanı mühafizəçilərdən biri, eləcə də atəş açan şəxs yaralanıb. Həmin şəxsin saxlanıldığı bildirilir.  Hazırda diplomatik missiyanın yerləşdiyi ərazi polis tərəfindən əhatəyə alınıb, insidentlə bağlı araşdırma aparılır.