Qazaxıstan FHN: Aktau yaxınlığındakı təyyarə qəzasında həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Oxunma vaxtı:31 Saniyə

Aktau yaxınlığındakı təyyarə qəzasında həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Bu barədə Qazaxıstan FHN məlumat yayıb.

Bildirilib ki, 6 Qazaxıstan vətəndaşı və 3 ekipaj üzvü daxil olmaqla həlak olan 38 şəxsin meyiti məhkəmə-tibbi ekspertiza mərkəzinə çatdırılıb.

Məlumata əsasən, ekspertlər faciə yerində tapılan “qara qutu”nun üzərində işləyir və hadisə yerində 24 saatlıq növbə təşkil edilib.

FHN-dən bildirilib ki, fəsadların aradan qaldırılmasına 306 nəfər, 101 texnika, 2 hava gəmisi və 6 kinoloq briqadası cəlb edilib.

Qazaxıstan Tibb Mərkəzinin psixoloqları Aktauya gələn qəza qurbanlarının qohumlarına yardım göstərirlər.

FHN-dən bildirilib ki, qaynar xətt və təcili psixoloji yardımın əlaqə nömrələrinə 1032 müraciət daxil olub.

Loading

Next Post

Qazaxıstan Baş naziri ölkədə aviasiya təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı göstəriş verib

Qazaxıstanın Baş naziri Oljas Bektenov Aktau yaxınlığında Bakı-Qroznı reysi üzrə sərnişin daşıyan AZAL təyyarəsinin qəzaya uğramasından sonra aviasiya təhlükəsizliyinin gücləndirilməsini tapşırıb. Bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb. “Bu hadisə onu göstərir ki, biz də uçuşların təhlükəsizliyi ilə bağlı müəyyən tədbirlər görməliyik. Həyata keçirilən tədbirlər çərçivəsində aviasiya şirkətlərimizin hava gəmilərinin ekipajlarının […]