Xaricdən gələn şübhəli zəngi, mesajları qəbul etməyin – XƏBƏRDARLIQ + VİDEO

alfonsonri
Oxunma vaxtı:40 Saniyə

Son illər kiberhücumlar aktual problemlərdən biri olaraq qalmaqdadır.

İstər sosial şəbəkələr üzərindən, istərsə də iş fəaliyyətimizdə kiber hücumlara son zamanlar daha tez-tez rast gəlirik.

Bu kimi hallara qarşı aparılan maariflənidirici tədbirlərə baxmayaraq, hələ də bu tora düşən vətəndaşlar az deyil.

İT üzrə mütəxəsis Fərhad Əliyevin sözlərinə görə, bu dələduzluqların çoxu xaricdən idarə olunur.

Digər bir dələduzluq faktına toxunan ekspert bildirdi ki, bəzən vətəndaşlar arasında qorxu və həyəcan yaradaraq, kiberdələduzlar öz çirkin əməllərini həyata keçirir.

Ekspert bu cür kiberdələduzlarla mübarizə aparmaq üçün vətəndaşları ayıq-sayıq olmağa çağırdı.

“Şübhəli mesajlar gəldikdə qəbul etməyib bloklamaq lazımdır”

Həmçinin  heç bir halda sosial şəbəkələr və ya vətəndaşa gələn gizli  zənglər üzərindən fərdi məlumatları paylaşmaq olmaz.

“O cümlədən təhlükəsizlik kodlarının da paylaşılması yolverilməzdir”

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Loading

Next Post

Qayınanasının gəlişini öyrənən kürəkən gölməçədə boğuldu

Moskvada qayınanasının gəlişi ilə bağlı həyat yoldaşı ilə mübahisə edən kişi gölməçədə boğulub. Aprelin 15-də arvadı kişinin itkin düşməsi səbəbindən polisə müraciət edib. Qadın bildirib ki, bir gün əvvəl əri ilə aralarında münaqişə yaranıb. Qayınanasının Pasxa bayramında qızının evinə gələcəyini eşidən kürəkən qalmaqal yaradıb və evi tərk edib. Qadını əri […]