Qayınanasının gəlişini öyrənən kürəkən gölməçədə boğuldu

alfonsonri
Oxunma vaxtı:35 Saniyə

Moskvada qayınanasının gəlişi ilə bağlı həyat yoldaşı ilə mübahisə edən kişi gölməçədə boğulub.

Aprelin 15-də arvadı kişinin itkin düşməsi səbəbindən polisə müraciət edib. Qadın bildirib ki, bir gün əvvəl əri ilə aralarında münaqişə yaranıb. Qayınanasının Pasxa bayramında qızının evinə gələcəyini eşidən kürəkən qalmaqal yaradıb və evi tərk edib.

Qadını əri ilə əlaqə saxlaya bilməməsi narahat edib. Belə ki, əvvəllər mübahisələrdən sonra belə kişi həmişə onun zənglərinə cavab verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları moskvalının boş vaxtlarını keçirməyi xoşladığı Borisov gölməçələrinə gediblər. Məlum olub ki, həmin şəxs itkin düşdüyü axşam Tsaritsıno Muzey-Qoruğuna gedib. Hüquq-mühafizə orqanlarının əməkdaşları orada onun pencəyini tapıblar. Tezliklə dalğıclar yerli gölməçələrdən birinin dibində 43 yaşlı moskvalının cəsədini aşkar ediblər.

Mənbə: gazeta.ru

Loading

Next Post

Zaur özünü tanınmaz hala saldı - Aparıcının illərdir öyrəşdiyimiz görünüşü TAMAMİLƏ DƏYİŞDİ - FOTO

Zaur Kamal sosial media hesabında etdiyi paylaşımla diqqət mərkəzinə düşüb.Aparıcı uzun illərdir tamaşaçıların görməyə alışdığı tərzində dəyişiklik edib. Zaur həmin dəyişikliyi əks etdirən görüntüsünü “Yeni imicim necədir?” sözləri ilə instaqram hesabında paylaşıb. Lakin ehtimal edilir ki, aparıcı bunu mobil telefonunda hansısa bir proqram vasitəsi ilə hazırlayıb. Onun birdən-birə bu dərəcə […]