Bakıda supermarketdə ATIŞMA – Ölən və yaralanan var

alfonsonri
Oxunma vaxtı:44 Saniyə

Bu gün Bakı şəhər Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən “Bravo” supermarketdə silahlı insident baş verib.

Dogrusoztv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisəni törədən şəxs supermarketin qarşısına quraşdırılmış bankomata inkassator heyətinin yaxınlaşmasını gözləyib.

Beynəlxalq Bankın inkassatorları bankomata yaxınlaşarkən həmin şəxs onlara tərəf gələrək atəş açıb. Baş nahiyəsindən güllə yarası alan inkassator hadisə yerində ölüb. Digər şəxs isə döş qəfəsi nahiyəsindən xəsarət alıb.

İnsidenti törədən şəxs ərazidan qaçaraq uzaqlaşıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir.

Baş Prokurorluqdan isə bildirilib ki, Xətai rayonu ərazisində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər. Qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

Loading

Next Post

Rəşad Dağlının həbs müddəti uzadıldı

Ötən il noyabrın 9-da qətl törətdiyi üçün həbs edilən meyxanaçı Rəşad Dağlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Dogrusoztv.az- ın məlumatına görə, bununla bağlı Qaradağ Rayon Məhkəməsində qərar qəbul olunub. Belə ki, Qaradağ Rayon Prokurorluğu tərəfindən meyxanaçının həbs müddətinin daha 2 ay uzadılması ilə bağlı təqdimat təmin edilib. Xatırladaq […]