Qazaxıstan Baş naziri ölkədə aviasiya təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı göstəriş verib

Oxunma vaxtı:30 Saniyə

Qazaxıstanın Baş naziri Oljas Bektenov Aktau yaxınlığında Bakı-Qroznı reysi üzrə sərnişin daşıyan AZAL təyyarəsinin qəzaya uğramasından sonra aviasiya təhlükəsizliyinin gücləndirilməsini tapşırıb.

Bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

“Bu hadisə onu göstərir ki, biz də uçuşların təhlükəsizliyi ilə bağlı müəyyən tədbirlər görməliyik. Həyata keçirilən tədbirlər çərçivəsində aviasiya şirkətlərimizin hava gəmilərinin ekipajlarının ixtisaslaşma səviyyəsini və s. yenidən yoxlamaq lazımdır. Aviasiya hadisələrinə operativ reaksiya vermək üçün xilasetmə işlərinin mexanizmini təkmilləşdirmək və maraqlı dövlət orqanlarının əlaqələndirilmiş işini təmin etmək lazımdır”, – o bildirib.

Baş nazir vurğulayıb ki, bu vəziyyətdən düzgün nəticə çıxarmaq və gələcəkdə bunun qarşısını almaq üçün konkret tövsiyələr hazırlamaq lazımdır.

Loading

Next Post

Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar endirildi

Azərbaycanda milli matəm günü ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində və Türkiyə şəhidliyində bayraqlar yarıya endirilib. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi sosial media üzərindən paylaşım edib. “AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasına görə elan edilən milli matəm günü ilə bağlı olaraq Səfirliyimizdə və Azərbaycandakı şəhidliklərimizdəki bayraqlarımız yarıya endirilib. Faciəli qəzada […]