Bakının 3 qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq

Oxunma vaxtı:19 Saniyə

Sabah Bakının Binəqədi rayonunun 3 qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunun Sulutəpə və Xocəsən qəsəbələrində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə yanvarın 16-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sulutəpə, Xocəsən və Çiçək qəsəbələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Loading

Next Post

İsrail Baş nazirinin ofisi HAMAS-ın Qəzzada atəşkəs təklifini qəbul etdiyi iddialarını təkzib edib - YENİLƏNİB

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi HAMAS-ın Qəzzada atəşkəs təklifini qəbul etdiyi iddialarını təkzib edib. Bu barədə Baş nazirin ofisi məlumat yayıb. “Məlumatların əksinə olaraq, HAMAS hələ də razılaşmaya öz cavabını verməyib”, – Baş nazirin ofisi qeyd edib *** HAMAS Qəzzada atəşkəs və girovların qaytarılması bağlı razılaşmaya “yaşıl işıq” yandırıb. […]