İsrail Baş nazirinin ofisi HAMAS-ın Qəzzada atəşkəs təklifini qəbul etdiyi iddialarını təkzib edib – YENİLƏNİB

Oxunma vaxtı:26 Saniyə

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi HAMAS-ın Qəzzada atəşkəs təklifini qəbul etdiyi iddialarını təkzib edib.

Bu barədə Baş nazirin ofisi məlumat yayıb.

“Məlumatların əksinə olaraq, HAMAS hələ də razılaşmaya öz cavabını verməyib”, – Baş nazirin ofisi qeyd edib

***

HAMAS Qəzzada atəşkəs və girovların qaytarılması bağlı razılaşmaya “yaşıl işıq” yandırıb.

Bu barədə İsrail rəsmiləri “Jerusalem Post”a bildiriblər.

“HAMAS razılaşmanı davam etdirmək üçün “yaşıl işıq” yandırıb”, – məlumatda qeyd edilib.

Rəsmilər bunu əhəmiyyətli irəliləyiş və bu gecə və ya sabah yekun razılaşmaya nail olmaq cəhdi kimi dəyərləndirib.

Loading

Next Post

Zelenski: Ukrayna və ABŞ inauqurasiyadan sonra Trampla görüş üzərində işləyir

Kiyev və Vaşinqton artıq ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla inauqurasiya mərasimindən sonra keçiriləcək görüş üzərində işləyir. Bunu Zelenski Varşavada Polşanın baş naziri Donald Tuskla keçirdiyi brifinqdə deyib. “Komandalarımız artıq gələcək görüşün məzmunu və formatı üzərində işləyir. Orada əsas məsələləri müzakirə edəcəyik”, – o bildirib. Zelenskinin sözlərinə görə, Ukrayna üçün […]