Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK

Oxunma vaxtı:21 Saniyə

Əfqanıstan Xarici İşlər Nazirliyi Pakistanın Kabildəki müvəqqəti işlər vəkilini çağırıb.

Buna Pakistan qüvvələrinin Əfqanıstan sərhədi boyunca mülki obyektlərə hücumları səbəb olub.

Əfqanıstan tərəfinin məlumatına görə, hücuma məruz qalan obyektlər arasında Kunar vilayətində yerləşən universitet də var.

“Taliban” administrasiyası Pakistan qüvvələrinin bu hərəkətlərini Əfqanıstanın hava məkanının pozulması kimi qiymətləndirib.

Kabil İslamabada xəbərdarlıq edərək bildirib ki, bu cür addımlar ciddi nəticələrə səbəb ola bilər.

Hadisə ilə bağlı Pakistan tərəfinin mövqeyi hələlik açıqlanmayıb.

Loading

Next Post

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə prokuror ittiham olunan mərkəzin sabiq direktoru Mehriban Abasquliyevanın 8, Elnur Əhmədli və Hamlet Mustafayevin isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onların zalda həbs edilmələrini təklif edib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə dövlət […]