Ukrayna, Polşa və Litva prezidentləri Vilnüsdə danışıqlar aparacaqlar

Oxunma vaxtı:30 Saniyə

Ukrayna, Polşa və Litva prezidentləri Volodimir Zelenski, Karol Navrotski və Gitanas Nauseda yanvarın 25-də Vilnüsdə Ukraynada sülh şərtlərini müzakirə etmək üçün görüşəcəklər.

Bunu Polşa Prezidentinin sözçüsü Rafal Leşkeviç deyib.

Məlumata görə, Zelenski və Navrotski Litva Prezidenti Nauseda ilə birlikdə Vilnüsdə Yanvar üsyanının 163-cü ildönümünə həsr olunmuş tədbirə qatılacaq, mühüm siyasi məsələləri, eləcə də Ukraynada sülhün şərtlərini müzakirə edəcəklər.

Leşkeviçin sözlərinə görə, prezidentlərin görüşü Vilnüs Arxikafedral Kilsəsində ibadət zamanı baş tutacaq.

“Prezident Navrotski hesab edir ki, sülhün şərtləri ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi danışıqlar yolu ilə hazırlanmalıdır, lakin yekun şərtlər ukraynalılar tərəfindən qəbul edilməlidir”, – sözçü bildirib.

Loading

Next Post

Azərbaycanda audiovizual media subyektlərinin sayı açıqlanıb

2025-ci ilin sonuna Azərbaycanda fəaliyyət göstərən audiovizual media subyektlərinin sayı 92 olub. Bu barədə Audiovizual Şuranın ötənilki hesabatı məlumat yayıb. Bildirilib ki, 92 audiovizual media subyektinin 47 televiziya redaksiyası (kanalı), 23 radio redaksiyası (kanalı), 6 sifarişli yayım xidməti və 49 retranslyasiya operatoru xidməti mövcuddur. Onlardan 11-i ümumölkə yerüstü televiziya yayımçısı […]