Gürcüstanda inqilab cəhdlərinə Amerika pulları sərf olunub – Kobaxidze

Oxunma vaxtı:22 Saniyə

“Son üç il ərzində Gürcüstanda inqilaba dörd uğursuz cəhd olub. Hər dörd halda xarici, həmçinin ABŞ maliyyələşməsi də sərf edilib”.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

O, ABŞ Prezidenti Donald Trampın digər ölkələrə bütün yardım proqramlarının 90 gün müddətinə dayandırılması haqqında fərmanını alqışlayıb.

İ.Kobaxidze qeyd edib ki, D.Trampın qərarı ilə ABŞ-nin vəsaitlərinin çox vaxt yanlış proseslərin maliyyələşdirilməsi və konkret ölkələrin suverenliyini pozmaq üçün istifadə edildiyi aydın oldu.

Loading

Next Post

Bakı-Sumqayıt yolunda avtomobil aşdı - Foto

Binəqədi rayonu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Sumqayıt yolunda minik avtomobilləri toqquşub. Nəticədə maşınlardan biri aşıb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, baş vermiş qəza səbəbindən “Xırdalan” dairəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb: “Yol polisi əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür”.