Bakı-Sumqayıt yolunda avtomobil aşdı – Foto

Oxunma vaxtı:16 Saniyə

Binəqədi rayonu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Sumqayıt yolunda minik avtomobilləri toqquşub. Nəticədə maşınlardan biri aşıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, baş vermiş qəza səbəbindən “Xırdalan” dairəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb: “Yol polisi əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür”.

Loading

Next Post

“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

UEFA Avropa Liqası Liqa mərhələsinin növbəti turu çərçivəsində keçiriləcək “Qarabağ” – FCSB matçına satılan biletlərin sayı bəlli olub.  Oyuna 15 minə yaxın bilet satılıb. Hazırda da satışlar davam edir. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə 21:45-də start veriləcək.